Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 10:36
Bakı. Trend:
Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.