Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 11:50
Vaksinasiya yüzillərdir ki, infeksion xəstəliklərin nəzarətə alınmasında ən effektiv metod hesab edilir. Effektiv olması üçün kütləvilik mühümdür.
Bunu Sonxeber.net-a açıqlamasında nevroloq Pərviz Axundov deyib.
O bildirib ki, belə görünür, qripdə olduğu kimi, COVİD üçün də periodik olaraq, yenilənmiş vaksinasiyalara ehtiyac olacaq:
"Vaksinin effektivliyinə virusun mutasiyaları ciddi təsir edir. Məsələn, hazırda daha çox danışılan Britaniya variantına BioNTech/Pfizer vaksininin təsiri saxlanılsa da, effektivliyinin xeyli aşağı düşməsi bildirilir. Yeni-yeni mutasiyalar, vaksinlərin də effektiv olması üçün yenilənməsini tələb edir və belə görünür, COVİD-19 törədicisi hazırkı letallıq faizini saxlayana kimi, qripdə olduğu kimi, periodik olaraq, yenilənmiş vaksinasiyalara ehtiyac olacaq.
Metronun qapalı qalması, hansısa dünya təcrübəsinə əsaslanmır və belə görünür ki, əsassızdır. Təbii ki, Bakı metrosunda əvvəlki illərdə olan sıxlıq virusun əhali arasında sürətlə yayılmasına gətirib çıxara bilər, amma qatarlar arası intervalları azaltmaqla və avtobusların hazırkı sayı ilə, düşünürəm sıxlıq olmaz.
Toylarla bağlı, ümumiyyətlə, fikrim belədir ki, pandemiyadan əvvəlki olan toy ənənələrindən çox insan uzaqlaşmaq istəyir. İndi real zəmin yaranıb ki, yeni formada, daha az insanın iştirakı ilə toy praktikası yaransın. Bu həm sağlamlıq, həm də maddi baxımdan insanlar üçün səmərəli olar".
Təhməz Əsədov