Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 11:54
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il iki dəfə keçirilmə şansı verilən imtahanlarda iştirak edən namizədlər üçün ən yüksək nəticənin qeydə alındığı imtahan göstəricisi nəzərə alınacaq.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, imtahanlarda iki dəfə şans verilmə namizədlər və abituriyentlərin xeyrinə olan bir məsələdir: "İmtahan verən şəxslər birinci mərhələdə maksimum hansı balı toplasalar, qəbul üçün həmin baldan istifadə edə bilərlər."