Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 15:56
Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:
Son zamanlar sosial şəbəkələrdə Mərkəzi Bankın yeni inzibati binasınını tikintisi məsələsi geniş müzakirə olunur.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransı zamanı deyib.
O bildirib ki, yeni binanın tikintisi bankın vəsaitləri hesabına həyata keçiriləcək:
"Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük. Ona görə də yeni inzibati binanın tikintisinin dövlət büdcəsindən təmin olunması barədə söhblətlər həqiqəti əks etdirmir".