Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Yay Olimpiya Festivalı ilə bağlı daşımalar başladı

Bakıda Yay Olimpiya Festivalı ilə bağlı daşımalar başladı

Tarix: 19 Iyul 2019 12:46

Bakı. Samir Əli - Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Məlumata görə, bu gün səhər saatlarında paytaxtımıza gələn ispan atletləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.

Qeyd edək ki, qonaqların, eləcə də atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd "Neoplan" avtobus və 38 ədəd miniavtobus ("Mercedes Sprinter") cəlb edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Olimpiya Festivalı ilə bağlı daşımalar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ