Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində sabiq şirkət rəhbərini korrupsiya əməllərinə görə edam ediblər

Çində sabiq şirkət rəhbərini korrupsiya əməllərinə görə edam ediblər

Tarix: 29 Yanvar 2021 21:54

Çində aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biri olan "Huarong"un idarə heyətinin keçmiş sədri Lay Siaomin məhkəmənin qərarı ilə yanvarın 29-da edam edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yanvarın əvvəlində Tiencin şəhər məhkəməsi Lay Siaominin 1,79 milyard yuan (təxminən 470 milyon ABŞ dolları) dəyərində rüşvət və korrupsiya əməllərində, habelə ikiarvadlılıqda təqsirli bilərək, onun haqqında edam cəzası vermişdi. Məhkəmə, həmçinin onun şəxsi əmlakının müsadirə edilməsinə də qərar verib.

Bildirilir ki, 2008-2018-ci illərdə Çin Bank Tənzimlənməsi Komissiyası baş ofisinin direktoru, dövlətə məxsus "Huarong" şirkətinin idarə heyətinin sədri, habelə "Huarong Xiangjiang" bankının partiya katibi vəzifələrində çalışmış Lay Siaomin məhkəmə iclasında yuxarıda qeyd olunan cinayət əməllərini etiraf edib.


Etiketlər:  Çində sabiq şirkət rəhbərini korrupsiya əməllərinə görə edam ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ