Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 07:32
Sinqapurun "Stuck Design" agentliyi, koronavirus pandemiyası dövründə fayda verə biləcək yenilik təqdim edib. Bunlar toxunmağa ehtiyac duyulmayan xüsusi lift düymələridir. Bu şəkildə biz, virusu barmağımızla ötürməyəcəyimizə əmin oluruq. Mərtəbə düyməyə toxunmadan yaxınlaşdırılan barmaq hərəkəti ilə təyin edilir.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, koronavirus pandemiyası hələ də davam edir və bu səbəbdən insanlar infeksiyanın qarşısını almağa imkan verəcək yeni həllər axtarışındadır. Qorunmaq üçün çirkli ola biləcək müxtəlif səthlərə toxunmamaq da yollardan biridir. Sinqapurun "Stuck Design" texnologiya agentliyi tərəfindən maraqlı fikir təqdim edilib. Bu texnologiya əsaslanan təmasssız lift düymələri hazırlanıb. İnsanlar adətən düymələri basır. Buna görə toxunmanı aradan qaldırmaq üçün barmaq hərəkətlərinin tanınmasına əsaslanan sistem hazırlanıb. Burada düymələrə toxunmağa ehtiyac yoxdur.