Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 08:14
Ekvadorun alternativ tibb xidməti mərkəzinin həkimləri xəstələrə koronavirus infeksiyasına qarşı saxta peyvənd vurmaqda şübhəli bilinir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, klinikanın həkimləri müştərilərinə COVID-19 infeksiyasından qorunmaqda kömək edəcək peyvənd kursu təklif ediblər.
Ümumilikdə üç iynə kursundan ibarət olan prosedurun qiyməti 15 dollara (25 manat) təklif edilib.
Qeyd olunub ki, mərkəzin işçiləri xəstələrə 70 min doza saxta peyvənd vurublar.