Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 11:20
ABŞ Prezidenti Co Baydenin administrasiyası suriyalı qaçqınların "müvəqqəti qoruma statusu"nun müddətini uzadıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu, C.Baydenin yanvarın 20-də baş tutan andiçmə mərasimindən sonra ölkə siyasətindəki dəyişiklik çərçivəsində baş tutub.
"ABŞ-da yaşayan 6 min 700 suriyalı üçün "müvəqqəti qoruma statusu" önümüzdəki ilin sentyabrınadək uzadılacaq. Qaçqınlar qurumlara müraciət edərək, hüquqi imtiyazlarının uzadılmasını istəyə bilərlər. Bu qərarla müvəqqəti qoruma statusu olan suriyalılar daha 1,5 il ölkədə qanuni olaraq qala bilərlər", - açıqlamada bildirilib.
Qeyd edək ki, Co Bayden Venesueladan gələn qaçqınlara da ölkədəki iqtisadi vəziyyətlə əlaqədar olaraq müvəqqəti qoruma statusu verilə biləcəyini qeyd etmişdi.