Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 13:50
İtaliyanın "Parma" klubu heyətinə yeni futbolçu qatıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, A seriyası təmsilçisi Dennis Manı transfer edib.
22 yaşlı rumıniyalı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. "Styaua"dan transfer olunan futbolçunun keçidi 12 milyon avroya başa gəlib. Bu rəqəm bonuslar hesabına daha 3 milyon arta da bilər.
Qeyd edək ki, cari mövsümdə 18 oyunda 14 top vuran Man Rumıniya çempionatının bombardiridir.