Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əlhəmdüllah, ədalətin qələbəsidir'' - avstriyalı döyüşçü Qarabağ zəfərini təbrik etdi - FOTO

''Əlhəmdüllah, ədalətin qələbəsidir'' - avstriyalı döyüşçü Qarabağ zəfərini təbrik etdi - FOTO

Tarix: 30 Yanvar 2021 21:28

"The Amazing" ləqəbli avstriyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü, İslamı qəbul etmiş Vilhelm Ott Azərbaycanı Qarabağ zəfəri münasibətilə təbrik edib.

Sonxeber.net bildirir ki, 38 yaşlı Vilhelm ötən ilin aprelin 17-də İslamı qəbul edərək müsəlman olmuşdu.

"İslam illərdi ki, şüurumda idi. Çətin dövrlərdə həmişə İslamı düşünürdüm, dadıma yetirdi", - V.Ott demişdi.

İkinci Qarabağ Müharibəsində ölkəmizin zəfərini təbrik edən V.Ott İnstagram-dakı akkauntunda yazıb: "Əlhəmdüllah! Müsəlmanların Qarabağdakı zəfəri ədalətin qələbəsidir".


Etiketlər:  Əlhəmdüllah ədalətin qələbəsidir avstriyalı döyüşçü Qarabağ zəfərini təbrik etdi FOTO


RƏYLƏR