Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 22:40
ABŞ-ın şimal-şərq bölgəsində internet kəsintisi baş verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, günorta fasiləsi zamanı baş verən kəsinti 6,5 milyon istifadəçiyə təsir edib.
Yerli vaxtla saat 11:25 radələrində başlayan və 12:45-ə qədər davam edən internet kəsintisi Vaşinqton, Nyu York və Boston kimi əhalinin sıx məskunlaşdığı şəhərlərdə gündəlik işin yarımçıq qalmasına səbəb olub.
İnternet provayderi Verizon Fios şirkətinin sözçüsü Jim Greer şərq sahilində 6,5 milyon abunəçinin olduğu barədə məlumat paylaşıb və səbəbi bilinməyən internet kəsintisi problemini təxminən 1,5 saat ərzində həll etdiklərini bəyan edib.
Greer kəsilmə səbəbi ilə əlaqədar araşdırmaların davam etdiyini bildirib.