Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Dövlət katibi İranı məyus etdi

ABŞ Dövlət katibi İranı məyus etdi

Tarix: 31 Yanvar 2021 17:22

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin İranla nüvə razılaşması ilə bağlı bəyanatları məyusedicidir.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunu bazar günü İran Məclisinin (Parlamentinin) rəhbəri Məhəmməd Bağer Qalibaf deyib.

"Dövlət katibinin bəyanatını nəzərə alaraq qeyd etmək lazımdır ki, ABŞ-ın İranla bağlı mövqeyi məyusedicidir", - deyə İRİB Teleradio Yayım Korporasiyası onun dediklərindən sitat gətirib. Qalibafın sözlərinə görə,"nüvə sövdələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtlərini irəli sürmək əvəzinə, Amerika hökuməti İrana qarşı sanksiyaların ləğvi ilə bağlı öhdəliklərini necə yerinə yetirəcəyini müəyyənləşdirməlidir".

Xatırladaq ki, Blinken çərşənbə günü ABŞ-ın nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsinə, İranın müqavilənin şərtlərini tam yerinə yetirdikdən sonra dönəcəyini söyləyib. Onun sözlərinə görə,"İran bir sıra istiqamətlər üzrə nüvə razılaşmasına əməl etmir və o, Sazişə qayıtmaq qərarına gələrsə, ABŞ Tehranın öz öhdəliklərini yerinə yetirib-yetirməməsini qiymətləndirmək üçün bir müddət tələb edəcək".


Etiketlər:  ABŞ Dövlət katibi İranı məyus etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ