Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan müntəzəm aviareysləri bərpa etdi

Gürcüstan müntəzəm aviareysləri bərpa etdi

Tarix: 1 Fevral 2021 10:12

Gürcüstan bu gündən bütün istiqamətlər üzrə müntəzəm aviareysləri bərpa edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, müvafiq qərar bir neçə gün öncə Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən, həmçinin ölkəyə daxil olmaq arzusunda olan bütün hava yolu şirkətləri ölkəyə uçuşlar planlaşdıra və həyata keçirə bilərlər.

Bildirilib ki, uçuşlar müvafiq tibbi protokollara və təhlükəsizlik qaydalarına uyğun həyata keçiriləcək.


Etiketlər:  Gürcüstan müntəzəm aviareysləri bərpa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ