Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PAŞA Bank biznes sahibləri üçün yeni mobil tətbiqi təqdim edir

PAŞA Bank biznes sahibləri üçün yeni mobil tətbiqi təqdim edir

Tarix: 1 Fevral 2021 13:04

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni “PAŞA Biznes” mobil tətbiqini təqdim edir. Bu tətbiqlə Android cihazı istifadə edən müştərilər PAŞA Bankın Onlayn Bank platformasında həyata keçirdikləri əməliyyatları artıq öz smartfonları vasitəsi ilə yerinə yetirə biləcəklər.

Beləliklə, “PAŞA Biznes” mobil tətbiqi sayəsində müştərilərin işlərindən anında xəbərdar olmaq, istənilən zaman və olduqları yerdə bank əməliyyatlarını həyata keçirmək imkanları yaranır. İndi yığılan hesabatlara nəzarət etmək, balansı yoxlamaq, ödəniş yaradıb onu təcili imzalamaq daha asan oldu!

“PAŞA Biznes” mobil tətbiqində hazırda mövcud olan funksionallıq:

- Cari və kart hesablarının siyahısı
- Hesablara detallı baxış
- Hesab qalıqlarının izlənməsi
- Son əməliyyatların izlənməsi
- Ödənişlərin imzalanması
- Ölkədaxili ödənişlərin yaradılması
- Vergi və büdcə ödənişlərinin yaradılması
- Şablon üzərindən ödənişlərin yaradılması

Məlumat üçün bildirək ki, tətbiq hazırda yalnız Android cihazları üçün nəzərdə tutulub. “PAŞA Biznes” mobil tətbiqinin iOS istifadəçiləri üçün olan versiyası tezliklə istifadəyə veriləcək.

Android cihazlarına tətbiqi yükləmək üçün keçid:

https://play.google.com/store/apps/details?id=az.pashabank.sme

Ətraflı məlumat üçün PAŞA Bankın Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz: *8123 və (+99412) 4965004


Etiketlər:  PAŞA Bank biznes sahibləri üçün yeni mobil tətbiqi təqdim edir


RƏYLƏR