Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 09:18
Rusiyanın Stavropol dairəsində ikisi uşaq olmaqla bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bölgə prokurorluğu məlumat verib.
Hadisə Jeleznovodskda qeydə alınıb. Uşaqlardan biri 2009-cu il təvəllüdlü oğlan, digəri isə 2014-cü il təvəllüdlü qızdır.
Rusiya İstintaq Komissiyasının bölgə üzrə şöbəsində Federasiya Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Səhlənkarlıqla ölümə səbəb olmaq") ilə cinayət işi başlanılıb.