Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 09:44
Bakı. Trend:
Uzun fasilədən sonra, fevralın 1-dən başlayaraq Four Seasons Baku oteli nəhayət ki, qonaqlarını restoranlarında qarşılamağa hazırdır.
Çoxları tərəfindən sevilən italyan mətbəxli Zafferano restoranı bazar günü Sparkling Brunch naharını davam etdirir və qonaqlarını otelin baş aşpazı Talha Barkin tərəfindən yaradılan menyuda yeniliklərlə sevindirəcəkdir.
Piazza Lounge qonaqları yeni rəngarəng və ləziz desertlərlə qarşılayacaq.
İngilis ənənəli Afternoon Tea mərasimi də yenilənmiş konsept ilə təqdim ediləcək.
Və ən əsası, artıq Piazza Lounge-da xüsusi və çox dəyərli olan "Xarıbülbül" desertini dadmaq mümkün olacaq.
Xarıbülbül yalnız Azərbaycanın ərazisində böyüyən və gözəlliyi təsvir edilə bilməyən bir güldür. Vətəni gözəl Şuşa şəhəridir. Bu gül haqqında əfsanələr və rəvayətlər nəsildən-nəsilə ötürülür və uzun əsrlər boyu Azərbaycanın yaradıcı xadimləri üçün ilham mənbəyi olub. İndi isə başda Suraj Karmakar olmaq ilə otelin istedadlı qənnadı kollektivini Xarıbülbül Azərbaycanın heyrətamiz təbiətini təcəssüm etdirən konseptual bir desert yaratmağa ruhlandırdı.
Desertin təqdimatı otelin aşpazlarının bu yeməyi şəxsən hər qonağa təqdim edib və onun gözəl tarixini izah edəcəklərinə görə xüsusi ilə seçilir.
Four Seasons Hotel Baku komandası bu qeyri-adi desertdən dadmaq istəyən bütün qonaqları səbirsizliklə gözləyir.
Öncədən rezervasiya etmək üçün 012 404 2424 nömrəsi və ya [email protected] elektron adresi ilə əlaqə saxlaya bilərsiniz
Həmçinin, öz suallarınıza Four Seasons Chat tədbiqini yükləyərək və ya Facebook Messenger-ə yazaraq bir neçə saniyə ərzində cavab ala bilərsiniz.