Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norm şirkəti Qarabağ Dirçəliş Fonduna 600 min manat ianə edib

Norm şirkəti Qarabağ Dirçəliş Fonduna 600 min manat ianə edib

Tarix: 3 Fevral 2021 13:00

Bakı. Trend:

Ölkə iqtisadiyyatının inkişafı və əhalinin rifah halının yüksəldilməsinə daim öz töhfələrini verən Norm şirkəti Qarabağ Dirçəliş Fonduna 600 min manat məbləğində vəsait köçürüb.

Norm şirkətinin daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon manat təşkil edib.

Fond Azərbaycan Respublikasının Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı əsasında təsis olunub. Qarabağ Dirçəliş Fondunun yaradılmasında məqsəd İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışı üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın və rifahın davamlı artmasının dəstəklənməsidir. Fondun vəsaitləri fiziki və hüququ şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər ianələr hesabına formalaşır.

Korporativ Sosial Məsuliyyət öhdəliyi Norm ASC-nin fəaliyyətinin vacib şərtlərindən, təməl prinsiplərindən biridir. Gənclərin peşə təhsilinin inkişafı, yeni kadrların yetişdirilməsi, inşaat ustalarının mütəmadi şəkildə təlimlərə cəlb edilərək təkmilləşdirilməsi, sosial cəhətdən həssas əhali qrupları üçün həyata keçirilən tədbirlər şirkətin cəmiyyət qarşısında yerinə yetirdiyi sosial öhdəliklərdəndir.

Şirkət gələcəkdə də sosial məsuliyyət çərçivəsində çoxşaxəli fəaliyyətini davam etdirməyi planlaşdırır.


Etiketlər:  Norm şirkəti Qarabağ Dirçəliş Fonduna manat ianə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ