Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 17:20
Reper Elşad Xose "Onun sirri" proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi mərhum reper Hüseyn Dərya ilə əlbəyaxa davasından danışıb. O bildirib ki, bulvarda sözləri çəpləşib və dalaşıblar:
"Çətindir, o insan hazırda həyatda yoxdur. Olmayan insanla bağlı danışmaq düz deyil. Bizim etdiyimiz rəqabət ara-sıra elə hallara gətirib çıxarırdı ki... O da, mən də hər zaman sülhtərəf mövqelərdən çıxış edirdik. Amma bir dəfə elə hal oldu ki, biz əlbəyaxa davaya çıxdıq. İkimizin də məşhur vaxtı idi. Bulvarda insanların içində ani bir an oldu və dalaşdıq. Yoldan keçənlər bizi aralıyırdılar. Baxmayaraq ki, rəhmətlik o vaxt yaxşı komanda ilə çalışırdı, cangüdəni də var idi. Biabırçı hal alındı, istəməzdim. İndi utana-utana danışıram. Cırıq köynəklə bulvarda gəzmək... Mənə müəyyən təbəqə qulaq asırdı, ona isə kütlə. Ondan bir neçə gün əvvəl efirlərdə söz atırdı, proqnozlar verirdi. Ona görə də arada qaydadan kənara çıxırdı. Xoşagəlməz hal yaranırdı. Həmin an bir kafedə üz-üzə gəlməyi istəməzdik. Demişdim, harada görsəm, ondan dediklərini soruşacam. Elə oldu ki, dava alındı".
Elşad rəqqasə Oksana Rəsulova ilə ayrılmaları haqda sualı cavabsız qoyaraq "Bu haqda danışmaq istəmirəm. Yeni il gecəsi "sevgi" sözünü kağıza yazıb, yandırıb, şampan şərabının içinə atıb yerə tökmüşəm. İstəmirəm mədəniyyət sahəsinə aid olmayan insan haqda yeniliklər danışım, hər şey yaxşıdır" sözlərini deyib.