Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 17:24
Bakı. İlhamə İsabalayeva - Trend:
Pandemiya ilə əlaqədar orta məktəblərdə qiymətləndirməyə keçirilməməsi tövsiyə edilən mövzular üzrə suallar salınmamalıdır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar proqramın sadələşdirilməsinə ötən il qərar verilib:
"Ötən il biz fikirləşirdik ki, pandemiya ilə əlaqədar təhsil sahəsindəki 3,5 aylıq akademik itkimizi bu il proqramda sıxlaşdırma yolu ilə ödəyə biləcəyik. Amma vəziyyət elə gətirdi ki, məktəblər tam olaraq fəaliyyət göstərə bilmədi və oktyabrda Təhsil İnstitutu proqramların sadələşdirilməsi yolunu əsas tutdu".
V.Yaqublu qeyd edib ki, bütün mövzu və standartlar "bilmək zəruridir" və "bilmək pis olmaz" kateqoriyalarına bölündü.
Şöbə müdirinin bildirdiyinə görə, "bilmək zəruridir" kateqoriyası üzrə mövzular saxlanıldı, "bilmək pis olmaz" kateqoriyası üzrə mövzuların siyahısı hazırlanaraq Dövlət İmtahan Mərkəzinə təqdim edildi:
"Müəllimlərə də tövsiyə edildi ki, bu mövzuları şagirdlərə keçməyə bilərsiniz. Ancaq bu mövzular keçilsə belə, onlardan qiymətləndirməyə suallar salınmamalıdır.