Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya hökuməti restoran və barları açmağa məcbur oldu

İtaliya hökuməti restoran və barları açmağa məcbur oldu

Tarix: 4 Fevral 2021 13:42

İtaliyada sahibkarların və ölkə sakinlərinin davamlı etirazından sonra rəsmi qurumlar koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətləri yumşaltmağa məcbur olublar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bir aylıq ümumxalq karantinindən sonra İtaliyada restoranlar və barlar açılıb, muzeylər fəaliyyətini bərpa edib.

Lakin ictimai iaşə obyektlərinin sahiblərinə yalnız axşam saat 18:00 qədər işləmək icazəsi verilib.

Xatırladaq ki, İtaliya koronavirusdan ən çox zərər çəkmiş Avropa ölkələrindən biridir.

Son məlumata əsasən, 2,5 milyondan çox insan COVID-19-a yoluxub, 89 820 xəstə pandemiyanın qurbanı olub.


Etiketlər:  İtaliya hökuməti restoran barları açmağa məcbur oldu


RƏYLƏR