Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şərq-Cənub''da hasilatın başlanması bu ilin 2-ci rübündə işə salınacaq

''Şərq-Cənub''da hasilatın başlanması bu ilin 2-ci rübündə işə salınacaq

Tarix: 4 Fevral 2021 16:44

"Şahdəniz 2" layihəsi çərçivəsində dərinsulu Şərq-Cənub cinahından (suyun 540 metr dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır.

Sonxeber.net bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

2020-ci il ərzində "Şahdəniz 2" layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırıb. "İsrafil Hüseynov" borudüzən gəmisi hər biri 18,3 km uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırıb. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri Xankəndi sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirilib.


Etiketlər:  Şərq Cənubda hasilatın başlanması ilin rübündə işə salınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ