Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 10:34
ABŞ Nümayəndələr Palatasında qıcıqlandırıcı çıxış etməkdə və Demokratlara qarşı şiddəti dəstəkləməkdə ittiham olunan Respublikaçı konqresvumen Marcori Teylor Grinin iki komitədəki vəzifələrindən məhrum edilməsi üçün səsvermə keçirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qrinin büdcə komitəsindəki, eləcə də təhsil və əmək məsələləri komitəsindəki vəzifələrindən kənarlaşdırılması üçün, 11 Respublikaçı da daxil olmaqla, Nümayəndələr Palatasının 230 üzvü səs verib.
Marcori Teylor Grin müxtəlif sui-qəsd nəzəriyyələrini dəstəkləməsi ilə tanınır. Bundan başqa, o, Nümayəndələr Palatasında ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsinə başladığı ilk gündə onun impiçmenti ilə bağlı maddə təqdim edib.