Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 22:28
Bakı. Trend:
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək ölkələrin nümayəndələri Atletlər Kəndində məskunlaşıblar.
Trend xəbər verir ki, yarışda iştirak edəcək 48 ölkənin idmançıları və nümayəndə heyəti üçün bununla bağlı şənlik təşkil olunub.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Yarışda 48 ölkədən 14-18 yaşlı 3900 yeniyetmə idmançı mübarizə aparacaq.
Qeyd edək ki, “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Bu yarışlarda ölkəmizi 122 idmançı təmsil edəcək.
Festival zamanı 12 idman arenasında 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin