Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 14:40
Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda işə düşdükdən etibarən bu günədək neft hasilatının həcmi 3,8 milyard bareli ötüb.
Trend bu barədə BP şirkətinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2020-ci ildə yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 477 000 barel təşkil edib.
İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.