Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 17:14
Qarabağ daşları bundan sonra Bakıdakı Qarabağ Atları meydanını bəzəyəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 30 il işğal altında olan rayonlarımızdan gətirilmiş daşlarla Xətai rayonu Ağ Şəhər ərazisində piyada keçidi salınıb.
Cəmi bir neçə kvadrat metr ərazini əhatə etsə də, keçidin mənəvi dəyəri ölçüyə gəlməz.
Bu, həm də Vətən müharibəsində qazandığımız zəfərdən sonra Qarabağ torpağına ayağımızın çatmasını simvolizə edə bilər.