Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moruq yeyərək arıqlayın

Moruq yeyərək arıqlayın

Tarix: 7 Fevral 2021 13:00

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itirə bilərsiniz.

1-ci gün:

Səhər - 100 qram yağsız kəsmik, moruq istəyə bağlı olaraq 1 ç.q bal
İkinci səhər yeməyi - süd və moruq
Nahar - suda bişmiş toyuq əti, 250 qram moruq
Şam - moruqla hazırlanan süd kokteyli

2-ci gün:

Səhər - 250 ml. yağsız yoqurt, 100 qram moruq
İkinci səhər yeməyi - 2 ç.q təmiz bal əlavə edilmiş 200 qram təzə moruq
Nahar - 150 qram soyutma balıq, pomidor, xiyar və zövqə görə göyərti
Şam - 200 qram təzə moruq və 10 fındıq və ya 5 qoz ləpəsi

3-cü gün:

Səhər - 200 ml. yağsız kefir, 100 qram moruq
İkinci səhər yeməyi - 5 dənə qoz və 200 qram təzə moruq
Nahar - 150 qram pörtlədilmiş ət, zeytun yağı, limon suyu əlavə edilmiş kələm salatı
Şam - moruq sousu əlavə edilmiş 2 ədəd bişmiş alma

Qeyd edək ki, bu pəhriz sayəsində çəki atmaqla yanaşı, eyni zamanda toksinlərdən azad olacaqsınız.


Etiketlər:  Moruq yeyərək arıqlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ