Tarix: 21 Iyul 2019 09:56
"Feyenoord" klubunun yarımmüdafiəçisi Orkun Kökçü milli komanda ilə bağlı seçimini edib.Qol.az-ın "ntvspor"a istinadən yaydığı xəbərə görə, Türkiyə və Hollandiya Futbol Federasiyalarından təklif alan 18 yaşlı futbolçu "ay-ulduzlular"ı seçib.
Qeyd edək ki, Orkun Hollandiyanın U-19 yığmasında 7 oyun keçirib. Ötən mövsüm "Feyenoord"da 12 matçda meydana çıxan yarımmmüdafiəçi 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Onu da əlavə edək ki, Orkunun böyük qardaşı Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvüdür.