Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor''dan ardıcıl 5-ci qələbə

''Trabzonspor''dan ardıcıl 5-ci qələbə

Tarix: 9 Fevral 2021 08:28

Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, sonuncu oyun gündə iki matç keçirilib.

"Qaziantep" doğma meydanda "Göztəpə"yə 2:0 hesabı ilə qalib gəlib.

"Trabzonspor" isə səfərdə "Yeni Malatyaspor"la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da Trabzin təmsilçisi ölkə çempionatında ardıcıl 5-ci qalibiyyətini əldə edib.

Bu nəticələrdən sonra "Trabzonspor" 42 xalla 4-cü, "Qaziantep" 38 xalla 7-ci, "Yeni Malatyaspor" 29 xalla 10-cu, "Göztepe"  26 xalla 12-cidir. Turnir cədvəlinə 48 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 48 xalla 2-ci, "Fənərbaxça" eyni xalla 3-cüdür.

8 fevral

"Qaziantep" - "Göztepe" - 2:0
Qollar:
 Cilobodji, 54, Mirallas, 76

"Yeni Malatyaspor" - "Trabzonspor" - 0:2
Qollar:
 Bakasetas, 50, Nvakaeme, 90+6


Etiketlər:  Trabzonspordan ardıcıl qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ