Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metro açılacaq? - Avtobuslar o yükü götürə bilməyəcək - FOTO

Metro açılacaq? - Avtobuslar o yükü götürə bilməyəcək - FOTO

Tarix: 9 Fevral 2021 17:04

Bir ay öncə ilə müqayisədə Azərbaycanda COVİD-ə yoluxanların sayında xeyli azalma müşahidə edilir. Hətta bir çox mütəxəssislər bunu ikinci dalğanın sönməsi kimi də şərh edirlər. Bəzi Avropa ölkələrində, eləcə də qonşu dövlətlərdə COVİD-in yeni ştammı (Britaniya növü) yayılsa da, TƏBİB-in və infeksionistlərin açıqlamalarına görə hələ Azərbaycanda yeni ştamm aşkar edilməyib. COVİD-in yeni ştammının daha yoluxucu olması isə Azərbaycanda normala doğru gedən epidemioloji vəziyyətin qəfil təhlükə ilə qarşılaşmaması üçün daha vacib qərarların verilməsi zərurətini ortaya çıxarır. 

Müşahidələrə əsasən deyə bilərik ki, insanlar qış aylarında yağışın, küləyin qabağında qalmamaq üçün virusa yoluxma riskinin yüksək olduğunu bilsə belə sərnişinlə dolu avtobusa minməyi daha üstün tuturlar. Nəzərə alanda ki, artıq başqa sektorlar üzrə müəyyən yumşalmalara gedilib və yollarda avtomobillərin sıxlığı daha da artıb, o zaman avtobusla basabas vəziyyətdə gedəcəyimiz müddət daha da uzanır. Və düşünəndə ki, bu halda sərnişinlə dolu avtobusda bir COVİD xəstəsi belə varsa bu, onlarla insanın koronavirusa yoluxmasına səbəb olacaqdır. Bu da pandemiyanın qarşısını almaq üçün görülən digər tədbirlərin əhəmiyyətinin itirilməsi deməkdir. 

Fevralın 15-dən isə ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədrisin ənənəvi formada bərpa olunmasının planlaşdırıldığını nəzərə alanda, o zaman istər yollardakı, istərsə də sərnişin avtobuslarında yaranacaq xaosu müşahidə etmək qaçılmaz olacaq. Belə olacağı təqdirdə milyonlar xərclənərək ölkəyə gətirilən vaksinin dövlət xərclərini bir neçə dəfə artırmasına gətirib çıxaracaq. Belə ki, epidemioloji vəziyyət yenidən kəskinləşəcəyi təqdirdə yoluxanların COVİD-dən sağalması gözlənəyi halda vaksinasiya etdirməyə gecikdiyimiz hər ay üçün dövlət büdcəsindən təqribən 5 milyon AZN əlavə pul xərclənməlidir. Onu da nəzərə almalıyıq ki, COVİD-in yeni ştammı artıq qonşu ölkələrdə də sürətlə yayılır və hava sərhədləri bağlı deyil, o zaman bu virusun da Azərbaycana gəlib çıxacağı təəccübləndirməyəcək. 

Bütün bu qorxunc proqnozların indiki halda qarşısını almağın bir sadə yolu var - Metronun fəaliyyətini bərpa etmək. O zaman avtobusların sərnişin yükü yarıbayarı azalacaq və mənzil başına sıxlıq yaranan yolla 1 saat gedərək COVİD-ə yoluxma riskini daha da artıran sərnişin həmin məsafəni metro ilə daha tez qət edərək riski önləmiş olacaq. 

Elə bu məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Sonxeber.net-a açıqlama verib:

"Metropolitenin tez bir zamanda fəaliyyətini bərpa etməyə ehtiyac var. Çünki artıq şəhər yollarında çox sıxlıq var. Hərəkətlilik, mobillik artıbdır. Ona görə də sərnişin yükünü qarşılamaq üçün metro mütləq açılmalıdır. Fevralın 15-dən bəzi təhsil müəssisələrində əyani şəkildə tədrisin bərpasından sonra paytaxt küçələrində və sərnişin avtobuslarındakı sıxlıq daha da artacaq. Karantin rejimi yumşaldıqca hərəkətlilik artır, hərəkətlilik artanda da Bakıdakı sərnişin avtobusları o yükü götürə bilməyəcək. Ona görə də metronun fəaliyyəti bərpa olunmalıdır. Görək nə qərar qəbul edəcəklər".

Təhməz Əsədov


Etiketlər:  Metro açılacaq Avtobuslar yükü götürə bilməyəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ