Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda restoranda şənlik keçirən 15 nəfər saxlanıldı (FOTO)

Bakıda restoranda şənlik keçirən 15 nəfər saxlanıldı (FOTO)

Tarix: 9 Fevral 2021 20:15

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən “Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq, obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Fevralın 5-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.

Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib. Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bakıda restoranda şənlik keçirən 15 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda restoranda şənlik keçirən 15 nəfər saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda restoranda şənlik keçirən 15 nəfər saxlanıldı FOTO


RƏYLƏR