Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Doktoranturaya sınaq imtahanları verən bir çox namizədlər xarici dildən esse yaza bilməyiblər - DİM

Doktoranturaya sınaq imtahanları verən bir çox namizədlər xarici dildən esse yaza bilməyiblər - DİM

Tarix: 10 Fevral 2021 10:24

Bakı. İlhamə İsabalayeva - Trend:

"Təəssüflə qeyd olunmalıdır ki, doktoranturaya ötənilki qəbul imtahanında və imtahanın modeli əsasında keçirilmiş sınaq imtahanlarında bir çox namizədlər xarici il üzrə esseni qoyulan tələblər səviyyəsində yerinə yetirməyiblər.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bəziləri esseni tələb olunan 200-250 sözdən az həcmdə yazmış, bəziləri mövzudan kənara çıxmış, bəziləri tələb olunan mövzu əvəzinə başqa mövzuda yazmış, bəziləri esseni yazmaqdan imtina etmiş, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazmışdılar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməmişlər:

"Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Lakin belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, zəif tərəflərinə daha çox diqqət yönəltmələrinə, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır".


Etiketlər:  Doktoranturaya sınaq imtahanları verən bir çox namizədlər xarici dildən esse yaza bilməyiblər DİM


RƏYLƏR