Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN valideynləri uşaqları nəzarətsiz qoymamağa çağırıb (VİDEO)

FHN valideynləri uşaqları nəzarətsiz qoymamağa çağırıb (VİDEO)

Tarix: 10 Fevral 2021 13:10

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi valideynlərə uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: "Gələcəyimiz olan uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur. Valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq".


Etiketlər:  valideynləri uşaqları nəzarətsiz qoymamağa çağırıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ