Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 09:12
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçiriləcək.
Trend-in məlumatına görə, ikinci yarış günündə üzgüçülər, atletlər və güləşçilər medal uğrunda mübarizə aparacaqlar. Ümumilikdə isə 10 dəst medal sahibini tapacaq.
Həmçinin yarışların ikinci günü tennis, basketbol, voleybol və həndbol yığmaları ilk görüşlərini keçirəcəklər.
İkinci günün proqramını təqdim edirik:
Atletika
09:20. Qızlar, nüvə itələmə, təsnifat
Günel Hüseynova
10:02. Qızlar, 800 m, I mərhələ
Günel Manafova
10:26. Qızlar, 100 m, I mərhələ
Fəxriyyə Tağızadə
10:56. Oğlanlar, 100 m, I mərhələ
Aleksey Ələkbərov
19:02. Qızlar, 400 m, I mərhələ
Nika Məmmədova
19:20. Oğlanlar, Uzunluğa tullanma, təsnifat
Məmmədağa Məmmədov
Basketbol
Oğlanlar, qrup mərhələsi, I tur
18:15. Serbiya – Azərbaycan
Həndbol
Qızlar, qrup mərhələsi, I tur
14:30. İsveçrə - Azərbaycan
Oğlanlar, qrup mərhələsi, I tur
20:30. Almaniya – Azərbaycan
Üzgüçülük
09:00. Qızlar, 100 m, sərbəst üsulla, təsnifat
Şeyxəlizadə Xanqan
09:15. Oğlanlar, 400 m, sərbəst üsulla, təsnifat
Rəşad Əliquliyev
09:55. Oğlanlar, 100, brass, təsnifat
Əliyar Cahangirbəyov
Tennis
09:00. Oğlanlar, 1/32 final
Kənan Qasımov - Alessio Basile (Belçika)
09:00. Qızlar, 1/32 final
Alina Hüseynova - Jülyet Bovi (Belçika)
14:30. Qızlar, cütlər, 1/16 final
Polina Drobiçeva/Alina Hüseynova – Karolina Qomes/Rakel Qonzales (İspaniya)
14:30. Oğlanlar, cütlər, 1/16 final
Kənan Qasımov/Tamerlan Əzizov – Daniel İvanov/ Tyaqo Pereyra (Portuqaliya)
Voleybol
Oğlanlar, qrup mərhələsi, I tur
18:00. Almaniya – Azərbaycan
Güləş
10:30. Sərbəst güləş
48 kq, 1/8 final
Mircavad Nəbiyev - Maqomedamin Bekbulatov (Rusiya)
60 kq, 1/8 final
Sabir Cəfərov - Marsel Deli (Macarıstan)
10:30. Yunan-Roma güləşi
48 kq, 1/8 final
Qurban Qurbanov - Kaçper Karaskieviç (Polşa)
60 kq, 1/8 final
Həsrət Cəfərov - Donatas Rindeikis (Litva)
10:30. Qadın güləşi
46 kq, 1/8 final
Gültəkin Şirinova - Jutta Ala-Ranta (Finlandiya)
49 kq, 1/4 final
Lalə Mirzəyeva - Mihaela Samoil (Moldova)
61 kq, 1/8 final
Mərziyə Sadıqova - Manola Skobelska (Ukrayna)
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin