Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub səviyyəsində ən çox qol vuran oyunçular

Klub səviyyəsində ən çox qol vuran oyunçular

Tarix: 10 Fevral 2021 18:02

Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) klub səviyyəsində ən çox qol vuran oyunçuların reytinqini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, reytinqə yalnız 500 və daha artıq qol vuran futbolçuların adları salınıb.

Siyahıya 689 qolla braziliyalı Romario başçılıq edir. Onun həmyerlisi Pele ikinci yerdədir. Futbol tarixinin ən çox qol vuran oyunçusu (milli və klub səviyyəsində) Kriştiano Ronaldo isə bu siyahıda üçüncü yeri tutur. Aktivində 661 qol olan portuqaliyalıya bu zirvəni də fəth etmək üçün daha 29 qol lazımdır.

Klub səviyyəsində ən yaxşı bombardirlər:

1. Romario (Braziliya) - 689 qol
2. Pele (Braziliya) - 684
3. Kriştiano Ronaldo (Portuqaliya) - 661
4. Yozef Bitsan (Avstriya) - 656
5. Lionel Messi (Argentina) - 651
6. Ferens Puşkaş (Macarıstan) - 645
7. Cimmi Cons (Şimali İrlandiya) - 635
8. Co Bembrik (Şimali İrlandiya) - 593
9. Eysebio (Portuqaliya) - 581
10. Herd Müller (Almaniya) - 566
11. Qlenn Fergüson (Şimali İrlandiya) - 562
12-13. Fernandu Peyroteu (Portuqaliya) - 538
12-13. Cimmi Makqrori (Şotlandiya) - 538
14. Uve Zeeler (Almaniya) - 508
15. Zlatan İbrahimoviç (İsveç) - 501
16. Alfredo Di Stefano (Argentina) - 500

Milli.Az


Etiketlər:  Klub səviyyəsində ən çox qol vuran oyunçular


RƏYLƏR