Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə barmaq izlərini tanıyan yeni sistemin istehsalı son mərhələyə çatıb

Türkiyədə barmaq izlərini tanıyan yeni sistemin istehsalı son mərhələyə çatıb

Tarix: 10 Fevral 2021 19:56

Türkiyənin "BİYOTEKSAN" şirkətinin (biometrik cihaz qayırma) istehsal etdiyi yeni barmaq izləri tanıyan sistemində son işlər başa çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, barmaq izləri tanıyan yeni biometrik sistem cari ilin mart ayında Türkiyə Daxili İşlər Nazirliyinin istifadəsinə veriləcək. Bildirilir ki, bu sistemin tamamlanmasından sonra Türkiyə biometrik cihazqayırmada dünyanın aparıcı yeddi ölkəsindən biri olacaq. Bu sistemə barmaq izlərinin tanınması, biometrik sənədlərin hazırlanması, onların oxunması, tanınması və s. eyni təyinatlı avadanlıqların milli istehsalı daxildir. Milli biometrik cihazların geniş tətbiqi sayəsində dövlət qurumlarında və özəl sektorda vahid sistem formalaşacaq.


Etiketlər:  Türkiyədə barmaq izlərini tanıyan yeni sistemin istehsalı mərhələyə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ