Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 22:10
Böyük Britaniyada karantin qaydalarını pozan şəxslər 10 min funt cərimə ödəyəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın səhiyyə naziri Met Hankok fevralın 15-dən etibarən ölkədə yeni qanunların qüvvəyə minəcəyini açıqlayıb.
Müəyyən ölkələrdən gələn və oteldə 10 gün ərzində karantində qalmalı olan insanlar otaq və test haqqı olaraq 1750 funt sterlinq ödəyəcəklər. Otellərdə karantin qaydalarını pozanlar 10 min funt sterlinq cərimə olunacaq və qırmızı siyahıya daxil olan ölkədən səfər edən biri ilə görüşən və yalan məlumat verən şəxslər isə 10 il müddətində azadlıqdan məhrum olunacaqlar.
Bu qanun Braziliya, Kolumbiya, Argentina, Anqola, Peru, Portuqaliya, Ekvador, Mozambik, Cənubi Afrika Respublikası və digər 33 ölkəyə şamil olunub.
Qanun mutasiyaya uğramış koronavirus növünün ölkədə yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.