Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyda iştirak edənlər cərimələndi

Toyda iştirak edənlər cərimələndi

Tarix: 11 Fevral 2021 12:24

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini A. Veysəlov yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə öz oğluna toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı da daxil olmaqla, ümumilikdə, məclisdə iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.


Etiketlər:  Toyda iştirak edənlər cərimələndi


RƏYLƏR