Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla sıx əlaqəsi olan siyasətçi Koreyanın xarici işlər naziri təyin edildi

Azərbaycanla sıx əlaqəsi olan siyasətçi Koreyanın xarici işlər naziri təyin edildi

Tarix: 11 Fevral 2021 16:36

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) baş katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib.

Yeni Azərbaycan Partiyasından Sonxeber.net-a verilən məlumata görə, ICAPP-ın baş katibi olaraq, Çung Eui-Yong Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq münasibətlərinin inkişafına hər zaman xüsusi önəm verib, Azərbaycanla Koreya Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr verib.

Qeyd edək ki, cənab Çung Eui-Yong İCAPP-ın Daimi Komitəsinin üzvü kimi Yeni Azərbaycan Partiyasının dəvəti ilə dəfələrlə Azərbaycanda səfərdə olub.

Cənab Çung Eui-Yong, Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkəmizdəki sürətli inkişafı və YAP-ın bu uğurlardakı rolunu hər zaman yüksək qiymətləndirərək təşkilatın VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərarın təşəbbüskarı olub.

Cənab Çung Eui-Yong, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında, həmçinin Gənclər Qolunun 2-ci toplantısında iştirak edib.


Etiketlər:  Azərbaycanla sıx əlaqəsi olan siyasətçi Koreyanın xarici işlər naziri təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ