Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 19:04
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı koronavirus peyvəndinin ikinci dozasını vurdurub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat yayıb.
"Səhiyyə nazirimiz Fəxrəddin Qoca tərəfindən planlaşdırıldığı kimi, "COVID-19" virusuna qarşı peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, yaxın gələcəkdə maskadan, məsafədən və təmizliyə diqqət yetirərək bu epidemiyadan qurtulacağıq",- deyə partiya lideri bildirib.
Qeyd edək ki, D. Baxçalıya vaksinin ilk dozası yanvarın 15-də tətbiq olunmuşdu.