Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 22:12
"Apple" şirkəti elektrik avtomobilinin birgə istehsalı ilə əlaqədar Cənubi Koreyanın "Hyundai Motor Company" və "Kia Motor" avtomobil istehsalçılarıyla danışıqları dayandırıb. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, agentlik əlavə məlumat verməyib. Eyni zamanda gələcəkdə bu müzakirələrin yenidən davam etdirilməsinin mümkünlüyü açıqlanmayıb. "Bloomberg"in mənbələrinin məlumatına görə, "Apple" digər avtomobil istehsalçıları ilə də müvafiq danışıqlar aparıb.
Bundan əvvəl "CNBC" televiziya şirkəti "Apple" brendinə məxsus elektrik avtomobillərinin hazırlanması haqqında xəbər vermişdi. Məlumata görə, korporasiya proqram təminatının hazırlanması və avadanlıqlar üçün məsuliyyət daşıyacaq.