Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“PlayStation 5” konsolunun çatışmazlığına səbəb nədir?

“PlayStation 5” konsolunun çatışmazlığına səbəb nədir?

Tarix: 11 Fevral 2021 22:16

Yeni nəsil "PlayStation" oyun qurğularının defisiti konsolun istehsalı üçün komponentlərin çatışmazlığı ilə əlaqədardır. Bu barədə "ArsTechnica" nəşrinin "Sony" top-menecerlərinə istinadən məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Yaponiya şirkətinin maliyyə direktoru Hiroki Totoki "Sony" istehsalçısının növbəti rübün yekunlarına həsr edilən brifinq zamanı konsollar bazarında defisiti təsdiq edib. "Yarımkeçiricilər və digər komponentlərin çatışmazlığı səbəbindən "PlayStation 5" istehsalını artırmaq çətindir", - o qeyd edib. Şirkətin top-meneceri vurğulayıb ki, "Sony" bazarda artan tələbatı ödəyə bilməyib, lakin korporasiya bu məqsədə nail olmaq üçün əlindən gələni edəcək.

H.Totoki onu da qeyd edib ki, "PlayStation" bölməsinin Yeni il bayramı günlərində satışlardan və rəqəmli oyunlardan gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz artıb. Top-menecer əlavə edib ki, "PlayStation 5" sahiblərinin 87 faizi "PlayStation Plus" abunəçisidir ki, bu da servisi gələcəkdə vacib gəlir amilinə çevirir.

"Sony" nümayəndələri tərəfindən oyun bölməsinin tarixində maliyyə ilinin ən yaxşı nəticələri proqnozlaşdırılır. Son rübdə şirkət 4,5 milyon ədəd "PlayStation 5" qurğusunun tədarükünü təşkil edib, ötən il ümumi mədaxil isə 22,7 milyard dollar olub.

Bir müddət əvvəl yeni nəsil konsollar üçün prosessorların təchizatı ilə məşğul olan "AMD" şirkətinin rəhbəri Liza Su bazarda defisitin olmasını etiraf edib. Onun sözlərinə görə, 2021-ci ilin ikinci rübündə "Sony" və "Microsoft" oyun qurğularının satışa çıxarılacağı gözlənilir. Bu səbəbdən "AMD" istehsal gücünü artırmaq niyyətindədir.


Etiketlər:  PlayStation konsolunun çatışmazlığına səbəb nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ