Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 03:16
Bakı. Trend:
ABŞ-da iyul ayının sonuna qədər 300 milyon amerikalını yeni koronavirusa qarşı peyvənd etmək üçün kifayət qədər vaskin ehtiyatları var.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Cozef Bayden Milli Səhiyyə İnstitularında çıxış edərkən bildirib.
C.Bayden qeyd edib: "İyul ayının sonunadək 300 milyon amerikalı üçün kifayət qədər [peyvənd] ehtiyatına sahib olmaq yolundayıq".
2019-cu ilin məlumatlarına görə, ABŞ-da 328,2 milyon insan yaşayır.