Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 09:26
Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetindən qaynarinfo-ya verilən məlumata görə, o, 85 yaşında vəfat edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.
Kamal Kəbirlinskinin həndbol, üzgüçülük, basketbol, stolüstü tennis, badminton, gimnastika, voleybol və digər idman növləri ilə bağlı çox sayda elmi məqaləsi dərc edilib. Kamal Əkbər oğlu Kəbirlinski 1959-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutu bitirib.
1959-cu ildən Azərbaycan Tibb Universitetinin bədən tərbiyəsi kafedrasının baş laborant vəzifəsində çalışırdı. 1969-cu ildən ATU-nun Bədən tərbiyəsi və idman kafedrasının müdiri vəzifəsini tutub. Əməkdar idman ustası, bədən tərbiyəsi xadimi, SSRİ məkanında ilk dəfə həndbol üzrə elmlər namizədi dərəcəsi almış, uzun illər həndbol federasiya prezidenti vəzifəsində çalışan Kamal Kəbirlinski əslən Ağcabədi rayonundandır. Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.