Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dundalk'' - ''Qarabağ'' cütünün Avroliqadakı rəqibi

''Dundalk'' - ''Qarabağ''  cütünün  Avroliqadakı rəqibi

Tarix: 22 Iyul 2019 15:00

Avropa Liqasının Çempionlar yolunda 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirindən Avroliqaya düşən klubların potensial rəqibləri  müəyyənləşib.

Təmsilçimiz "Qarabağ"ın da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dundalk” səddində ilişəcəyi təqdirdə hansı komandalarla qarşılaşa biləcəyi məlum olub. Ağdam klubu İrlandiya təmsilçisinə uduzsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Slovan" (Slovakiya) - “Ferronikeli” (Kosovo) cütünün qalibinə rəqib olacaq. "Qarabağ"ın Avroliqaya düşsə, 3-cü mərhələdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

 


Etiketlər:  Dundalk Qarabağ cütünün Avroliqadakı rəqibi


RƏYLƏR