Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 15:40
Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov "Səhər mərkəzi" proqramında qonaq olublar.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Z.Bayramov xanımı ilə birlikdə genetik test verdiklərini bildirib.
"Genlərin uzlaşmasını bilmək üçün test vermişik. Biz hələ evlənməzdən əvvəl bunu etmişdik. Uşaqların xarici görünüşü və səs baxımından xanımıma oxşamasını istəyərdim. Xanımı özüm seçmişəm, bütün gen səviyyəsində onu sevirəm".
S.Yahyayeva isə test nəticələrindən bixəbər olduğunu söyləyib:
"İnanın, test nəticələri barədə ona sual verməmişəm. Övladım əsas odur ki, ağıllı və uğurlu olsun. Mən də istəyərəm ki, ağılda ona, xarici görünüşdə mənə oxşasın. Hansı sahəni seçməyinin fərqi yoxdur. Çox xoşbəxtəm. Zakir bilir ki, ona dəyər verirəm və çox sevirəm".
Qeyd edək ki, genetik test şübhəli genetik pozğunluğu təsdiqləyə və ya inkar edə bilər və ya xəstəliyin yaranma şansı, xəstəliyin irsi ötürülmə tipi və xəstəliyə meyilliliyini müəyyən etməyə köməkçi olur.