Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 16:16
Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbətii etiraz aksiyası başlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, aksiyanı vahid müxalifət təşkil edib.
Aksiya Yerevanın mərkəzindəki Azadlıq meydanında keçirilir. Etirazçılar N.Paşinyanın dərhal vəzifədən getməsini tələb edir.
Aksiya təşkilatçıları fevralın 20-də daha böyük mitinqin təyin olunduğunu bildirib.