Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağılan evlərin bərpası - VİDEO

Dağılan evlərin bərpası - VİDEO

Tarix: 12 Fevral 2021 19:08

Erməni təxribatına məruz qalan rayonlarda bərpa işləri davam etdirilir

Milli.Az Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin dinc şəhər və kəndlərimizi atəşə tutması nəticəsində dağıdılan evlərin bərpası prosesi davam etdirilir. Ağcabədi rayonunda da tikinti və təmir işləri sürətlə aparılır. Rayonun daha çox dağıntılara məruz qalan Yuxarı Qiyaməddinli, Hacılar, Qaraxanlı, Minəxorlu, Arazbar, Boyat kəndləri və Hindarx qəsəbəsində bərpa prosesi aparılır.

Qeyd edək ki, Ağcabədi rayonu ərazisində 7 yaşayış evi yenidən tikilir, 300-dən çox ev isə təmir olunur. Hazırda tikintisinə yeni başlanılan evlərin bünövrə hissəsinə beton tökülüb hörgü işləri aparılır. Yaxın vaxtlarda yenidən tikilən və təmir olunan fərdi yaşayış evləri tam hazır şəkildə sahiblərinə təhvil veriləcək.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərindən ibarət işçi qruplar tərəfindən ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Ziyan dəymiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Artıq 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb.

Milli.Az


Etiketlər:  Dağılan evlərin bərpası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ