Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 17:45
Bakı. Trend:
“Azsığorta” ASC-nin Direktorlar Şurası (DŞ) üzvlərindən biri vəzifəsindən ayrılıb.
Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü olan Ziya Talıbov vəzifəsini öz istəyi ilə tərk edib və həmin vəzifəyə hələki yeni təyinat olmayıb.
Ziya Talıbov 2014-cü ildə “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü təyin olunmuşdu.
Qeyd edək ki, “Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyevdir.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin