Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fevralın 17-dən Rusiya ilə Azərbaycan arasında hava əlaqəsi bərpa olunur

Fevralın 17-dən Rusiya ilə Azərbaycan arasında hava əlaqəsi bərpa olunur

Tarix: 15 Fevral 2021 02:00

Rusiya rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar 3 fevral tarixində Rusiya hökuməti tərəfindən elan edilib.

Ölkələrin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın “Aeroflot” aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.

Azərbaycanın milli hava yolları şirkəti “Azal” 17 fevraldan etibarən Moskvaya xüsusi uçuşlar həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Bununla birgə, turistlər üçün Azərbaycana giriş hazırda bağlı olaraq qalır. Ölkəyə yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşlığı olan əcnəbilər, iş icazəsi və ya oturma izni olan əcnəbilər və tələbələr daxil ola bilərlər. Bütün kateqoriyaları vətəndaşlar iki həftəlik karantin rejimində qalmalı və uçuşdan 48 saat əvvəl keçirilən koronavirus testinin nəticələrini təqdim etməli olacaqlar.


Etiketlər:  Fevralın dən Rusiya ilə Azərbaycan arasında hava əlaqəsi bərpa olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ